"Nənəmi 13 yaşında İstanbulda qul kimi satıblar" - Boris Consondan ŞOK AÇIQLAMA

"Nənəmi 13 yaşında İstanbulda qul kimi satıblar" - Boris Consondan ŞOK AÇIQLAMA
23:40

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson ölkəsinin qul ticarəti və müstəmləkəçilik tarixinə görə üzr istəməsi ilə bağlı müzakirələrə öz ailəsi üzərindən münasibət bildirib.

News365.az xəbər verir ki, B.Conson “Daily Mail” qəzetində dərc olunan köşə yazısında ulu nənəsinin 13 yaşında İstanbulda qul kimi satıldığını qeyd edib. Onun sözlərinə görə, çərkəz əsilli ulu nənəsi hələ uşaq yaşlarında İstanbulun Qapalıçarşısında kölə kimi satılıb. Daha sonra onu xeyirxah bir türk qadın satın alaraq himayəsinə götürüb, təhsil verib və 43 yaşlı oğlu ilə evləndirib. Conson ulu nənəsinin adının Hanife Feride olduğunu bildirib. Conson bu iki hadisəni əlaqələndirərək, tarixi hadisələrə görə indiki nəsillərin məsuliyyət daşımasının və bununla bağlı təzminat verməsinin düzgün olmadığını bildirib: “Biz Consonlar qul nəslindən gəlirik. İndi biz də ailə olaraq təzminat tələb etməliyikmi? Nə üçün bugünkü Türkiyənin vergi ödəyicisi Osmanlı dövründə tamamilə fərqli yurisdiksiya və idarəçilik altında həyata keçirilmiş əməllərə görə pul ödəməlidir?”. Xatırladaq ki, əslən türk olduğuna görə, “Türk Boris”, “Çankırılı Boris” adlandırılan siyasətçi Osmanlı imperiyasının son dövründə jurnalist və nazir olmuş Əli Kamalın nəticəsidir.  Qeyd edək ki, Karib hövzəsinin bir sıra ölkələri B.Britaniyanın transatlantik qul ticarətindəki roluna görə üzr istəməsini və təzminat ödəməsini tələb ediblər. Britaniya hökuməti isə maliyyə təzminatını rədd edib, üzr istəmək məsələsi ilə bağlı dialoqa açıq olduğunu bildirib. Leyboristlər Partiyasından olan Baş nazir Endi Bernemin bu açıqlamasına Mühafizəkarlar Partiyasının nümayəndələri sərt etiraz ediblər.


Sizin reklam burada
Sizin reklam burada