NATO Əbu-Dabidə Ukrayna ilə bağlı keçiriləcək danışıqlara Baş katib Mark Ruttenin aparat rəhbəri Ceffri van Löveni göndərir.
News365.az xəbər verir ki, bu barədə “Avronyus” məlumat yayıb.
Onun konkret hansı formatda iştirak edəcəyi hələ açıqlanmayıb.
Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin Əbu-Dabidə noyabrın 10–11-də üçtərəfli danışıqlar aparması planlaşdırılır.