Naxçıvan şəhərində zəncirvarı qəza olub.
News365.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib.
Qəza zamanı "Mercedes", "Nissan" və "Lifan" markalı avtomobillər toqquşub.
Nəticədə 1998-ci il təvəllüdlü Məmmədov Razim Cavad oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. /telegraf