Yardımlıda məktəb direktoru vəfat etdi

Yardımlıda məktəb direktoru vəfat etdi
15:50

Yardımlı rayonunda Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib.

News365.az xəbər verir ki, Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb.

Son illərdə isə təhsil müəssisəsinə rəhbərlik edib. O, həmçinin Vərgədüz kənd bələdiyyəsinin üzvü kimi ictimai fəaliyyətlə məşğul olub. (Oxu.az)


Sizin reklam burada
Sizin reklam burada