Avropa Komissiyasının (AK) sədri Ursula von der Leyen Avropa İttifaqının Ukraynaya dəstək məqsədilə Əbu-Dabiyə nümayəndə heyəti göndərəcəyini təsdiqləyib.
News365.az xəbər verir ki, bu barədə von der Leyenin mətbuat xidmətinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığının yekunlarına dair məlumatında qeyd edilib.
“Biz, davam edən sülh səylərini və Əbu-Dabidəki danışıqları müzakirə etdik. Aİ tərəfdaşlarının yanında olacaq”, – deyə von der Leyen bildirib.
Avropa Komissiyası hələlik nümayəndə heyətinin tərkibi və səlahiyyətləri barədə məlumat verməyib.