"Anamız Səmayə xanımın (Polad Hşimovun anası) səhhətində problem yaranıb, bir neçə gündür Sumqayıtda xəstəxanaların birində müalicə alır. Bu gün Abşeron rayonunun və Sumqayıt şəhərinin icra başçıları - Abdin Fərzəliyev və Zakir Fərəcov onu ziyarət ediblər".
News365.az xəbər verir ki, bu sözləri Feysbuk-dakı səhifəsində jurnalist Elçin Rüstəmli yazıb.
O, daha sonra bildirib ki, mətbuata servis olunan bu foto adamın qanını qaraldır: "Normal bir foto çəkib paylaşmaq niyə problem olub görəsən? Qəhrəman Anamızın Zəfər Bayramını təbrik edirəm, ona acil şəfa diləyirəm. Tanrı sağlıqlı, uzun ömür nəsib eləsin”.