Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələcəkdə Qəzza zolağına səfər etmək niyyətində olduğunu açıqlayıb.
Bu barədə Rize vilayətində hakim Ədalət və İnkişaf Partiyasının üzvləri qarşısında çıxışı zamanı danışıb.Türkiyə lideri vurğulayıb ki, atəşkəs razılaşmasından sonra əvvəlki vəziyyətə dönüş olmamalıdır.
"Qəzzaya humanitar yardımın çatdırılmasına heç bir maneə olmamalıdır. İkidövlətli həll regionumuzda davamlı sülhün açarıdır", - Ərdoğan əlavə edib.