Ukraynanın sabiq baş naziri, müxalif “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko Rusiya-Ukrayna müharibəsinin yaxın zamanda başa çatacağına inandığını bildirib.
News365.az-ın xəbərinə görə, Timoşenko bu fikri “Ukrayna Radiosu”nun efirində səsləndirib.
Onun sözlərinə görə, müharibənin sonuna dair müəyyən məlumatlar var:
“Mənə məlum olan bəzi məlumatlar var ki, müharibənin sonu uzaqda deyil. Biz hamımız buna inanırıq və bunun üçün çalışırıq”, – deyə Timoşenko qeyd edib.
Siyasətçi hansı məlumatlardan danışdığını açıqlamayıb.
Xatırladaq ki, bu ilin aprel ayında Yuliya Timoşenko eyni mövzuda çıxış edərək, müharibənin may ayınadək başa çatacağını, bundan sonra ölkədə “hakimiyyətin yenilənməsi mərhələsinin” başlanacağını bildirmişdi.