İsraildə Trampı onlar qarşılayacaq

İsraildə Trampı onlar qarşılayacaq
12 Okt 2025 20:30

İsrailin Baş naziri Benyamin Netanyahu və Prezident İsaak Hersoq sabah yerli vaxtla saat 09:20-də Ben Qurion hava limanında ABŞ Prezidenti Donald Trampı qarşılayacaqlar.

News365.az xəbər verir ki, bu barədə “Times of Israel” nəşri Netanyahunun ofisinə istinadən məlumat yayıb.

Məlumata görə, Trampın İsraildəki səfəri dörd saatdan az davam edəcək. Belə ki, o, saat 10:15-də Baş nazirin ofisində Netanyahu ilə görüşəcək, 10:45-də isə Knessetdə (İsrail parlamenti – red.) girovların ailələri ilə bir araya gələcək. Saat 11:00-da Tramp, Netanyahu, Knesset sədri Amir Ohana və müxalifət lideri Yair Lapid parlamentin plenar iclasında çıxış edəcəklər. ABŞ Prezidenti saat 13:00-da Hersoq və Netanyahu tərəfindən hava limanından yola salınacaq.

Bildirilib ki, Tramp daha sonra Misirə gedəcək. Burada Qəzza məsələsinə həsr olunmuş sülh sammiti keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada