Fransada Azərbaycan əleyhinə ÇİRKİN TƏXRİBAT

Fransada Azərbaycan əleyhinə ÇİRKİN TƏXRİBAT
17:29

Paris stadionunda keçirilən Fransa–Azərbaycan futbol qarşılaşması zamanı bir qrup erməni gənci idman arenalarını siyasi mitinq meydanına çevirməyə cəhd edib.

Onlar tribunada tarixin zibilliyinə atılmış qondarma “Artsax”ın parçasını qaldıraraq, Bakıda saxlanılan Xocalı qatillərinə “azadlıq” tələb edən plakatlar nümayiş etdiriblər.

Bu, təkcə idman yarışına hörmətsizlik deyil, həm də Fransanın himayəsində gizlənən revanşist dairələrin Azərbaycana qarşı apardığı informasiya və təxribat kampaniyasının növbəti təzahürüdür. Ermənilər, sanki “böyük bacı” hesab etdikləri Fransanın qucağında öz saxta “milli ideyalarını” yaşatmağa çalışır, lakin bu cəhdlər Avropanın siyasi və mənəvi iflasının göstəricisinə çevrilir.

Fransa hökuməti illərdir məhv olmuş cinayətkar “Artsax rejimi”nin qalıqlarına şərait yaradaraq, regionda sülh və sabitliyə qarşı yönəlmiş məkrli siyasətini davam etdirir. Bu dəfə də Paris stadionu həmin siyasətin rəmzi bir səhnəsinə çevrildi — idmanın birləşdirici ruhu üzərindən nifrət toxumları səpildi.

Azərbaycan ictimaiyyəti belə hərəkətlərin nə idmanla, nə azad sözlə, nə də Avropa dəyərləri ilə əlaqəsi olmadığını vurğulayır. Bakı açıq şəkildə bildirir: Xocalı qurbanlarının qatillərinə “azadlıq” deyil, yalnız ədalət gərəkdir.


Sizin reklam burada
Sizin reklam burada