Ermənistanın Çarentsavan şəhərindəki kilsədə xatirə mərasimi zamanı bıçaqlanma hadisəsi baş verib.
News365.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
İlkin məlumata əsasən, mərasim zamanı 26 yaşlı gənc iştirakçılardan birinə hücum edərək onu bıçaqlayıb. Bildirilir ki, hücum edən şəxs psixi dispanserin pasiyenti olub.
Hadisə barədə məlumatı şəhər tibb mərkəzinin əməkdaşları veriblər. Onların sözlərinə görə, mərkəzə bıçaq xəsarətləri alan 57 yaşlı kişi gətirilib. O, aldığı yaralardan ölüb.
Məlumata görə, bıçaqlanan şəxs bir neçə gün əvvəl avtomobil qəzasında həlak olan mərhumun xaç atası olub.