Zelenski son iki gündə Trampla ikinci dəfə danışıb

Zelenski son iki gündə Trampla ikinci dəfə danışıb
12 Okt 2025 19:44

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp son iki gündə ikinci dəfə telefonla danışıblar.


News365.az xəbər verir ki, müvafiq məlumat Zelenskinin "Telegram" kanalında dərc olunub.


O, Ukraynanın hərbi və enerji ehtiyaclarını müzakirə etdiklərini deyib.


Xatırladaq ki, dünən də Zelenski ilə Tramp arasında telefon danışığı olub. Söhbətin mövzusunun Ukraynanın hava hücumundan müdafiə imkanları olduğu qeyd edilib.


Sizin reklam burada
Sizin reklam burada