Türkiyə təyyarəsi mikroavtobusla TOQQUŞUB

Türkiyə təyyarəsi mikroavtobusla TOQQUŞUB
12 Okt 2025 19:54

Türkiyənin "Zafer Air" aviaşirkətinə məxsus təyyarə Rusiyanın İrkutsk hava limanında qanadı ilə mikroavtobusa dəyib.


News365.az "RenTV"yə istinadən xəbər verir ki, "Gulfstream" təyyarəsi Şanxaya uçmalı idi, lakin dayanacaqdan çıxarkən qanadı ilə mikroavtobusa dəyib.


Baykal nəqliyyat polisinin məlumatına görə, təyyarədə altı sərnişin və dörd ekipaj üzvü olub. Heç kim xəsarət almayıb. Lakin həm mikroavtobusa, həm də təyyarəyə ziyan dəyib.


Baykal Nəqliyyat Prokurorluğu uçuşların təhlükəsizliyi ilə bağlı araşdırmaya başlayıb.


Sizin reklam burada
Sizin reklam burada