Pakistanın Baş naziri Şahbaz Şərif Əfqanıstanın sərhəd bölgələrindəki təxribatçı hərəkətlərini pisləyib.
Bu barədə "Daily Pakistan" nəşri yazıb.
Baş nazir bildirib ki, Pakistan ordusu bu addımlara güclü cavab verib və Əfqanıstanın bir neçə postunu məhv edərək talibləri geri çəkilməyə məcbur edib.
Növbəti hər bir təxribata güclü və təsirli cavab veriləcəyini vurğulayan Şərif terror təşkilatlarının Əfqanıstanda yerləşən müəyyən qüvvələr tərəfindən dəstəkləndiyini bildirib.
Xatırladaq ki, oktyabrın 11-də əfqan silahlıları Pakistanla dövlət sərhədindəki sərhəd məntəqələrinə hücum ediblər.