Ağdamda iki avtomobil “KamAz”a çırpıldı

Ağdamda iki avtomobil “KamAz”a çırpıldı
11 Okt 2025 21:56

Ağdamda 2 minik avtomobili “KamAz”la toqquşub.


“News365.az” xəbər verir ki, qəza Hindarx-Borsunlu avtomobil yolunun Quzanlıdan keçən hissəsində baş verib.


“VAZ 2106” və “Lada Xəzər” markalı avtomobillər hərəkətdə olarkən daşla yüklənmiş “KamAz”a çırpılıblar.


Hadisə nəticəsində 3 nəfər yaralanıb.


Onlar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada