Lukaşenkodan gözlənilməz addım: 23 ekstremist əfv edildi

Lukaşenkodan gözlənilməz addım: 23 ekstremist əfv edildi
11:35

Belarus prezidenti Aleksandr Lukaşenko diqqət çəkən addım atıb. Belə ki, o, ekstremist cinayətlər törətmiş 23 nəfəri əfv edib. Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

"Bu qərar humanizm prinsipləri əsasında qəbul edilib. Əfv olunanlara normal həyata qayıtmaq şansı verilir", - məlumatda deyilir.

Qeyd edilib ki, onların hamısı əfv üçün ərizə yazıb, günahlarını etiraf edib, peşman olublar. Əfvə düşənlərdən 13-ü 50 yaşdan yuxarı, 14-ü xroniki xəstə, 12-si uşaq olmaqla, üç nəfər qadın olub. Daxili İşlər Nazirliyi “onların qanuna tabe olan davranışlarına nəzarəti təmin edəcək”.

Bu, Belarus dövlət başçısının ilk belə qərarı deyil. Lukaşenko açıqlamasında qeyd edib ki, 2020-ci ildə Belarusda keçirilən etiraz aksiyalarında iştiraka görə məhkum olunmuş insanların əfv edilməsi Qərblə münasibətləri yaxşılaşdırmaq istəyi ilə deyil, humanitar mülahizələrlə diktə edilib.

Tural