Lukaşenko: Qərb yeni “səlib yürüşü”nə başlayıb, dünya fəlakətin astanasındadı

Lukaşenko: Qərb yeni “səlib yürüşü”nə başlayıb, dünya fəlakətin astanasındadı
02 İyl 2024 21:52

Belarus Prezidenti Aleksandr Lukaşenko Qərbin yeni “səlib yürüşü”nə başladığını deyib.

 Aleksandr Lukaşenko bu barədə Belarusun Müstəqillik Günü münasibətilə təşkil olunan təntənəli mərasimdə danışıb.

Belarus Prezidenti Qərbin yeni “səlib yürüşü”nə başladığını və dünyanın artıq fəlakətin astanasına sürükləndiyini, İkinci Dünya müharibəsinə dair həqiqətlərin Qərbə lazım olmadığını bildirib:

“Hazırda “sükan” arxasında olanlar təslimçilərin ideya və birbaşa varisləridir. Onlar üçün 1945-ci ildə heç nə bitməyib. Ən əsası, artıq yeni “səlib yürüşü” başlayıb”, - o qeyd edib.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər