Belarus prezidenti Aleksandr Lukaşenko oktyabrın 6-dan Belarusda qiymət artımına qadağa qoyulması barədə göstəriş verib.
News365.az xəbər verir ki, bu barədə “Belta” məlumat yayıb.
"Oktyabrın 6-dan bütün qiymət artımları qadağandır. Qiymətlər bir gecədə şişməsin! Ona görə də bu gündən etibarən qiymət artımı qadağandır!", - deyə prezident xəbərdarlıq edib.
Belarus prezidenti bu qərarının səbəbini açıqlayıb.
"Bu gün qiymətlər hədsiz dərəcədə artıb. Onlar tavanı vurub. Daha heç bir yerdə qiymət artımına icazə verilmir. Ehtiyac yoxdur. Amma istisnalar da var. Və bu istisnalar nazirin və qubernatorların nəzarətindədir. Bu qədər", - o bildirib.
Lukaşenko həmçinin bununla bağlı hər hansı bağlanma və ya bazardan çıxmaq cəhdlərinə qarşı xəbərdarlıq edib.
Məlumata görə, baş nazirin müavini Nikolay Snopkov Lukaşenkoya etiraz etməyə cəhd göstərib, lakin prezident rəsmiləri “xalq üçün yaxşılıq etməyə” çağırıb.
“Xalq üçün ən yaxşısını edin!”,- Lukaşenko bəyan edib.