Livanda "Hizbullah"ın diversiya qruplaşmasının komandiri öldürülüb

Livanda "Hizbullah"ın diversiya qruplaşmasının komandiri öldürülüb
27 Mar 2025 15:32

İsrail hərbi aviasiyasının endirdiyi zərbələr nəticəsində Livanın cənubunda "Hizbullah" təşkilatının "Radvan" diversiya qruplaşmaları bölməsinin komandiri öldürülüb.

News365.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"İsrail HHQ-nin endirdiyi zərbə nəticəsində Livanın cənubunda "Hizbullah"ın "Radvan" qüvvələrinin batalyon komandiri Əhməd Adnan Baciqa öldürülüb ", - məlumatda bildirilib.

Qeyd olunub ki, həmin şəxs son aylarda İsrailin arxa cəbhəsinə qarşı terror hücumlarına rəhbərlik edib və İsrailə, eləcə də onun mülki əhalisinə təhlükə törədib.


Sizin reklam burada
Sizin reklam burada