Qusar rayonun Ləzə kəndində qəzalı vəziyyətdə olan, təmiri nəzərdə tutulan körpüyə baxış keçirilib.
Kənd sakinləri ilə səmimi söhbət edən Qusar İH başçısı Sahir Məmmədxanov onları narahat edən körpünün yenilənməsinə yaxın vaxtlarda başlanılacağını deyib.
O, Ləzə sakinləri ilə yanaşı, Cağar və Çətkün kənd camaatının bir qrupu ilə də görüşüb, bəzi məsələlərin həlli məqsədilə tapşırıqlarını verib.