Xəstəxanaya yerləşdirilən Xalq artisti danışdı

Xəstəxanaya yerləşdirilən Xalq artisti danışdı
13:20

Xəbər verdiyimiz kimi, Xalq artisti Naibə Allahverdiyeva ötən gün xəstəxanaya yerləşdirilib. 

News365.az xəbər verir ki, aktrisa axşam.az-a açıqlamasında səhhəti barədə məlumat verib.

O bildirib ki, hazırda xəstəxanadadır və müalicəsi davam edir. 

N. Allahverdiyeva qeyd edib ki, onda qəfil qan təzyiqi krizi (hipertenziv kriz) yaranıb: "Təzyiqim o qədər yüksəldi ki, hər şey qəfil, ayaq üstə olduğum yerdə baş verdi. Hazırda xəstəxanadayam, yavaş-yavaş düzəlirəm. Krizdən çıxmışam. Müalicəm davam edir".


Sizin reklam burada
Sizin reklam burada