Gürcüstanda saxlanılan İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb

Gürcüstanda saxlanılan İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb
24 Okt 2026 23:20

Gürcüstanda saxlanılan İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb, Azərbaycana qayıdıb.

News365.az xəbər verir ki, hava limanında jurnalistlərin suallarını cavablandıran İbad Hüseynov baş verənlər barədə dərhal Azərbaycanın Gürcüstandakı səfirliyinə məlumat verdiyini deyib.

“Səfirliyimiz operativ şəkildə müdaxilə etdi. Səfirliyin və nümayəndələrimizin dəstəyi ilə oradan çıxarılaraq səfirliyə aparıldım və lazımi tədbirlər görüldü”, - o deyib.

İbad Hüseynov saxlanılmasının səbəbini soruşsa da, ona heç bir açıqlama verilmədiyini deyib./APA


Sizin reklam burada
Sizin reklam burada