Lənkəranda balıq tutan 57 yaşlı kişi ölüb.
News365.az xəbər verir ki, hadisə rayonun Ürgə kəndi ərazisində baş verib. Belə ki, Lənkəran rayonunun Liman şəhər sakini 1969-cu il təvəllüdlü Fizuli Allahyar oğlu Həsənov Ürgə kəndi ərazisindən keçən Viravul çayında balıq tutarkən naməlum şəraitdə ölüb. Onun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, sözügedən ərazidə yüksək gərginlikli elektrik xətləri keçdiyindən ehtimal olunur ki, onun qarmağı elektrik naqillərinə toxunub. Əvvəllər F.Həsənovun ürəyində problem olduğu da bildirilir.
Faktla bağlı araşdırma aparılır.