Cəlilabad bələdiyyəsinə yeni sədr seçildi

Cəlilabad bələdiyyəsinə yeni sədr seçildi
11:10

Cəlilabad bələdiyyəsinin rəhbərliyində dəyişiklik olub.

News365.az-ın məlumatına görə, bələdiyyədə keçirilən iclasda sədr müavini Rafiq Rüstəmov yeni sədr seçilib. Bu barədə özü xəbəri saytımıza təsdiqləyib.

O, səs çoxluğu ilə yeni vəzifəyə layiq görülüb.

Qeyd edək ki, bələdiyyənin əvvəlki sədri Vahid Mirzəyev Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bu səbəbdən o, bələdiyyə sədri vəzifəsindən istefa verib.


Sizin reklam burada
Sizin reklam burada