"Cəhənnəm Necati"yə hökm oxundu

"Cəhənnəm Necati"yə hökm oxundu
22:40

Türkiyədə mütəşəkkil cinayətkar qruplaşmanın rəhbəri Coşkun Necati Arabacı 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

News365.az xəbər verir ki, oktyabrın 22-də İzmir şəhərinin 20-ci Ağır Cinayətlər Məhkəməsində keçirilən yekun iclasda Arabacı cinayət törətmək məqsədilə təşkilat yaratmaq və ona rəhbərlik etmək ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

O, iki zərərçəkənə qarşı qəsdən xəsarət yetirmə əməllərinə görə 7 il 6 ay, iki ayrı silahlı hücumla əlaqədar qanunsuz odlu silah gəzdirməyə görə isə 2 il həbs cəzası alıb.


Sizin reklam burada
Sizin reklam burada