Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News365.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Changan" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.