Kurskda ərəblər də döyüşüb?

Kurskda ərəblər də döyüşüb?
17 May 2025 10:05

Rusiya əsgərləri Qornal kəndinin azad edilməsi zamanı Kursk vilayətində ərəb əsilli muzdlu döyüşçünü məhv ediblər. Bu barədə TASS-a 352-ci motoatıcı alayın batalyon komandiri, "Strannik" çağırış işarəsi ilə xidmət aparan hərbçi məlumat verib.


Onun sözlərinə görə, Qornalda xeyli sayda əcnəbi olub.


Batalyon komandiri qeyd edib ki, qəsəbə uğrunda döyüşlər zamanı rus hərbçiləri bir neçə dəfə NATO ölkələrinin istehsalı olan bahalı, yeni silahlarla qarşılaşıblar. Məhv edilən muzdlu hərbçinin əlində FN SCAR-L avtomatı olub.

Batalyon komandiri qeyd edib ki, NATO silahlarından Belçika və Amerika xüsusi əməliyyat qüvvələri istifadə edirlər. Bu onu göstərir ki, Qornalda adi döyüşçülər olmayıb. Məsələn, ələ keçirilən qənimətlər arasında Almaniya istehsalı olan Heckler & Koch HK416 avtomatı da olub.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada