Krımda təhlükəli qadın agentlər saxlanılıb

Krımda təhlükəli qadın agentlər saxlanılıb
04 İyn 2025 13:33

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna xüsusi xidmət orqanlarına Rusiya hərbi obyektləri haqqında məlumat ötürən 2 Krım sakinini saxlayıb. Bu barədə yerli media təhlükəsizlik agentliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən məlumat yayıb.

“Krımdakı hərbi obyektlər haqqında məlumat ötürən Ukrayna xüsusi xidmət orqanlarının agenti olan iki qadının fəaliyyəti dayandırılıb”, - deyə məlumatda bildirilir.

Məlum olub ki, nəzarətə götürülən qadınlar 1987 və 1986-cı il təvəllüdlü olublar. Birinci şəxs öz təşəbbüsü ilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) yaratdığı Telegram kanalının administratoru ilə əlaqə saxlayıb. Yarımadanın sakini ona Rusiya Federasiyasının Silahlı Qüvvələri haqqında məlumat toplamaqda kömək təklif edib.

Nəticədə agent Kiyevə hərbi obyektlərin, o cümlədən yanacaq-sürtkü materialları olan anbarlarının ünvanlarını və koordinatlarını verib. FSB-nin məlumatına görə, Ukrayna xüsusi xidmət orqanları əldə etdikləri məlumatdan Rusiya Silahlı Qüvvələrinin obyektlərinə zərbələr endirmək üçün istifadə etmək niyyətində olub.


Digər qadın isə öz növbəsində Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ilə əməkdaşlığa cəlb edilib. Ona Rusiya Qara Dəniz Donanmasının hərbçilərindən biri haqqında müşahidə aparmaq və məlumat toplamaq tapşırılıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada