Kosmosda astronavtların boyu uzanır

Kosmosda astronavtların boyu uzanır
24 Sen 2026 23:20

Yer üzündə boyu dəyişməyən insan kosmosa çıxdıqda bir neçə santimetrə qədər uzana bilər. Bunun səbəbi cazibə qüvvəsinin təsirinin azalmasıdır.

News365.az xəbər verir ki, NASA-nın kosmik uçuşlarla bağlı araşdırmalarında mikroqravitasiya şəraitinin insan orqanizminə təsiri öyrənilir.

Yer üzündə cazibə qüvvəsi onurğa sütununu sıxır. Kosmosda isə bu təzyiq azaldığından fəqərələr arasındakı disklər genişlənə, onurğa sütunu uzana bilər. Nəticədə astronavtların boyu müvəqqəti olaraq təxminən 3 faiz arta bilər.

Lakin bu dəyişiklik daimi deyil. Astronavt Yerə qayıtdıqdan və yenidən normal cazibə qüvvəsinin təsirinə məruz qaldıqdan sonra onurğa sütunu əvvəlki vəziyyətinə yaxınlaşır.


Sizin reklam burada
Sizin reklam burada