Mədət Quliyev: Bakıda motosiklet sayı artsa, tıxac azalar

Mədət Quliyev: Bakıda motosiklet sayı artsa, tıxac azalar
22:40

Azərbaycanda insanların maddi imkanlarının artması avtomobillərin sayının çoxalmasına, bu isə öz növbəsində yollarda tıxacların yaranmasına səbəb olur. Bu baxımdan motosikletlərdən nəqliyyat vasitəsi kimi istifadə olunması, zənnimcə, çox vacibdir. 

News365.az xəbbər verir ki, bu  sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev deyib. 

O, bildirib ki, motosikletlərdən istifadənin genişlənməsi tıxac probleminin aradan qaldırılmasına töhfə verə bilər.  Digər tərəfdən, Azərbaycanda motosiklet idmanı da inkişaf edir və motosikletlərdən nəqliyyat vasitəsi kimi istifadə olunur. Lakin müşahidələr göstərir ki, bir çox insan heç bir hazırlıq keçmədən, peşəkar təlimçilərdən dərs almadan motosiklet idarə edir və yol hərəkəti qaydalarını pozur. Bu isə arzuolunmaz nəticələrə səbəb ola bilər. 

Onun sözlərinə görə,  motosiklet idarə etmək istəyən şəxslərin peşəkar təlimçilərin yanında tam kurs keçməsi vacibdir. Yollarda motosiklet idarə edən şəxslər digər nəqliyyat vasitələrinin sürücüləri kimi yol hərəkəti qaydalarına ciddi riayət etməlidirlər:  Motosikletlə avtomobil arasındakı fərqlərdən biri də ondan ibarətdir ki, avtomobildə sürücünün müəyyən qədər qorunma və istirahət imkanı var. Motosiklet isə elə nəqliyyat vasitəsidir ki, onu idarə edən şəxs daim yol hərəkətinə nəzarət etməli, hər saniyə diqqətli olmalı və diqqətini ətrafda baş verənlərə yönəltməlidir".


Sizin reklam burada
Sizin reklam burada