Çin İran və ABŞ-ni ən qısa zamanda İslamabad memorandumuna qayıtmağa çağırır.
News365.az "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ iranlı həmkarı Abbas Əraqçi ilə danışıqlar zamanı bildirib.
Van İ bildirib ki, ABŞ və İran arasında münaqişənin daha da uzanması maraqlı tərəflərin və beynəlxalq ictimaiyyətin ümumi maraqlarına cavab vermir.
Onun sözlərinə görə, Çin İran və ABŞ-ni rasional yanaşmanı və təmkinliyi qoruyub saxlamağa, ən qısa müddətdə İslamabad qarşılıqlı anlaşma memorandumuna qayıtmağa, indiyə qədər əldə olunmuş konsensus əsasında danışıqlar mexanizmini bərpa etməyə və qarşılıqlı maraq doğuran məsələlər ətrafında məzmunlu məsləhətləşmələr aparmağa çağırır.
Xatırladaq ki, ABŞ və İran cari ilin iyul ayında İslamabadda memorandum imzalayıblar.