Nərimanovda yol təmirinə narazılıq: “Bu asfaltın ömrü nə qədər olacaq?” -VİDEO

Nərimanovda yol təmirinə narazılıq: “Bu asfaltın ömrü nə qədər olacaq?” -VİDEO
16:08

Bakının Nərimanov rayonunda, Cəfər Hacıbəyli küçəsində Gənclik istiqamətində hərəkət edən avtomobillər üçün yol bir neçə gündür bağlıdır. Yolun bağlanması ərazidə ciddi tıxac yaranmasına səbəb olub.

News365.az xəbər verir ki, sakinlərin sözlərinə görə, sözügedən ərazidə yolun köhnə asfalt qatı təmizlənərək yenidən asfalt örtüyü salınır.

Lakin aparılan təmir işləri ilə bağlı narazılıq da yaranıb. Bildirilir ki, yeni asfaltın bəzi hissələrində yolun əsasının lazımi qaydada hazırlanmadığı, asfaltın birbaşa torpaq qatının üzərinə töküldüyü müşahidə olunur.

Sakinlər görülən işlərin keyfiyyətinin sual doğurduğunu və belə asfalt örtüyünün uzun müddət davam gətirib-gətirməyəcəyinin maraq doğurduğunu bildirirlər.

“Torpağın üzərinə asfalt tökülür. Bu yolun ömrü nə qədər olacaq?” – deyə sakinlər sual edirlər.

Qeyd edək ki, yol təmirinin hansı qurum tərəfindən aparıldığı və işlərin texniki tələblərə uyğun həyata keçirilib-keçirilmədiyi ilə bağlı rəsmi açıqlama verilməyib.


Sizin reklam burada
Sizin reklam burada