Köçəryan parlament seçilərinə gedir - AÇIQLADI

Köçəryan parlament seçilərinə gedir - AÇIQLADI
13:22

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın komandası qarşıdan gələn parlament seçkilərində iştirak edəcək. 

News365.az xəbər verir ki, bu barədə eks-prezident oktyabrın 7-də keçirdiyi mətbuat konfransında bildirib. 

Digər keçmiş liderlərin adından danışmaqdan imtina edən Köçəryan xatırladıb ki, onun 2021-ci il seçkilərində iştirakı nümayiş etdirdi ki, kütlələrin birləşdirilməsində müəyyən təsir gücü var. O, həmçinin vurğulayıb ki, yeni qüvvələrin meydana çıxmasını istərdi, onlarla əməkdaşlıq ölkədə vəziyyətin dəyişməsinə gətirib çıxaracaq.

 “Mənim komandam 2026-cı il seçkilərində iştirak edəcək”, - deyə Robert Köçəryan söz verib. 

Onun sözlərinə görə, 2021-ci il seçkilərində ictimai rəy və siyasi araşdırmalar göstərib  ki, Robert Köçəryanın özü kampaniyaya rəhbərlik edəndə səs qazanmaq şansı daha yüksəkdir.


Sizin reklam burada
Sizin reklam burada