Kobaxidze Azərbaycana səfər edib- YENİLƏNİB

Kobaxidze Azərbaycana səfər edib- YENİLƏNİB
11:42

Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 18-də Azərbaycan Respublikasına səfərə gəlib.

News365.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

***

Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfərə yollanıb.

    News365.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasından bildirilib.

    Kobaxidze tədbirdə çıxış edəcək. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır.

    Baş naziri səfərdə xarici işlər naziri Maka Boçorişvili, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, daxili işlər naziri Sulxan Tamazaşvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjolianidən ibarət nümayəndə heyəti müşayiət edir.


    Sizin reklam burada
    Sizin reklam burada