Kiyevin aerodromlara hücumlarla bağlı açıqlamaları əsassızdır -Rusiya XİN

Kiyevin aerodromlara hücumlarla bağlı açıqlamaları əsassızdır -Rusiya XİN
05 İyn 2025 12:15

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov qeyd edib ki, Kiyevin Rusiya aerodromlarına hücumların nəticələri ilə bağlı bəyanatları əsassızdır. Bu barədə yerli media məlumat yayıb.


“Biz Müdafiə Nazirliyinin kanalları vasitəsilə yayılan məlumatları və informasiyaları izləməliyik”, - diplomat vurğulayıb.

Bundan əvvəl Reuters agentliyi mənbələrə istinadən yazıb ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya aerodromlarına hücumu nəticəsində 20-yə yaxın bahalı hərbi təyyarə zədələnib. Onlarda 10-u məhv edilib. Bu rəqəmlər isə Ukrayna lideri Vladimir Zelenskinin açıqladığı statistikadan iki dəfə azdır.

Xatırladaq ki, iyunun 1-də Ukrayna kod adı "Pautina" olan genişmiqyaslı əməliyyat keçirib. Bu əməliyyat zamanı Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə hücum edilib.


Bu, münaqişə zamanı Sibirə ilk hücum olub. Əməliyyatı Ukrayna Təhlükəsizlik Xidməti (SBU) təşkil edib və əməliyyat il yarımdan çox müddətə hazırlanıb. Əməliyyatda 117 FPV pilotsuz uçan aparatından istifadə edilib. Onlar gizli şəkildə Rusiya ərazisinə gətirilib və yardımçı tikililərdə- mobil sığınacaqlara yerləşdirilib. Pilotsuz təyyarələr uzaqdan işə salınaraq strateji hədəfləri, o cümlədən Tu-95 bombardmançıları və A-50 təyyarələrini vurub.


Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada