Kiprdə gəmi qəzasında ölənlərin sayı artdı

Kiprdə gəmi qəzasında ölənlərin sayı artdı
17:45

Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 13-ə çatıb.


News365.az xəbər verir ki, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel X hesabında paylaşım edib.


Onun sözlərinə görə, daha bir nəfərin cəsədi tapılıb, beləliklə, ölənlərin sayı 13-ə yüksəlib, 15 nəfər isə itkin düşmüş hesab olunur.


Baş nazir axtarış-xilasetmə işlərinə özəl şirkətlərin cəlb ediləcəyini, həmçinin Türkiyə ilə məsləhətləşmələrin aparılacağını deyib.


Qeyd edək ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb.


Sizin reklam burada
Sizin reklam burada