Rusiyada maraqlı hadisə baş verib. Moskvada film çəkilişlərdən sonra qalmış və maşının altına quraşdırılmış süni saatlı bomba həyəcana səbəb olub. Bomba dekorasiyası səbəbilə 350 nəfər təxliyə edilib. Bu barədə Baza Telegram kanalı məlumat yayıb.
"Aprelin 15-də axşam saatlarında Vıxino-Julebinoda dayanacaqda "sürpriz bombalı" avtomobil tapılıb. "Chery Tiggo"nu evakuasiya etmək gərəkib. İnsanlar avtomobili evakuasiya maşınına qaldıran zaman qəribə bir obyekt görüblər - o, bombaya çox oxşadığı üçün diqqəti özünə cəlb edib", - məlumatda deyilir.
Mənbənin sözlərinə görə, hadisə yerinə polis əməkdaşları, bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər və kinoloqlar gəlib. Yaxınlıqdakı uşaq bağçası, məktəb və idman kompleksindən 350 nəfər təxliyə edilib. Əraziyə və əşyaya baxışdan sonra məlum olub ki, bomba film çəkilişi üçün hazırlanmış dekorasiya olub. O da məlum olub ki, çəkiliş qrupu süni bomba hələ də lazım ola bildiyi üçün maşından çıxarmayıb.
Tural