ABŞ-nin sabiq dövlət katibi Con Kerri Prezident Donald Trampı İran siyasətinə görə sərt tənqid edib.
News365.az xəbər verir ki, Kerri bildirib ki, Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun “yanıltıcı iddialarını” qəbul edərək ABŞ-ni müharibəyə aparan yolun açılmasına şərait yaradıb.
Kerri həmçinin vurğulayıb ki, keçmiş prezident Barak Obama administrasiyasının İranla imzaladığı Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) Tehrana 300 milyard dollar vəsait verməyib. Onun sözlərinə görə, bu barədə səsləndirilən iddialar həqiqəti əks etdirmir.