Kərə yağı xərçəngdən ölüm riskini artırır - ŞOK ARAŞDIRMA

Kərə yağı xərçəngdən ölüm riskini artırır - ŞOK ARAŞDIRMA
10:42

Kərə yağının yüksək miqdarda istehlakı xərçəng və digər ağır xəstəliklərdən ölüm riskini artırır.

Bu barədə "The Mirror" nəşri Böyük Britaniyada aparılan araşdırmaların nəticəsinə istinadən məlumat yayıb.

Yazıda qeyd olunur ki, alimlər onilliklər ərzində 221 mindən çox insanın məlumatlarını təhlil ediblər.

Bu müddət ərzində 50 932 ölüm hadisəsi qeydə alınıb. Onlardan 12 241-i xərçəngdən, 11 240-ı isə ürək-damar xəstəliklərindən dünyasını dəyişib.

Tədqiqatçılar müəyyən ediblər ki, çox miqdarda kərə yağı yeyən insanlarda istənilən səbəbdən ölüm riski 15%, xərçəngdən ölüm halı isə 12% daha yüksəkdir.

"Lakin cəmi 10 qram kərə yağının bitki yağı ilə əvəz edilməsi ölüm riskini 17% azalda bilər", - deyə nəşrdə tədqiqatın nəticələrinə istinadən bildirilib./oxu.az


Sizin reklam burada
Sizin reklam burada