ABŞ Peşəvərdəki baş konsulluğunu mərhələli şəkildə bağlayır

ABŞ Peşəvərdəki baş konsulluğunu mərhələli şəkildə bağlayır
12:54

Pakistanın Peşəvər şəhərində yerləşən ABŞ Baş konsulluğunun fəaliyyətinin mərhələli şəkildə dayandırılması qərarı verilib. Məlumatı ABŞ Dövlət Departamenti açıqlayıb.

News365.az xəbər verir ki, Dövlət Departamentinin yaydığı bəyanatda bildirilir ki, qərar diplomatik personalın təhlükəsizliyinin təmin edilməsi və resursların daha səmərəli idarə olunması məqsədi daşıyır.

Qeyd olunub ki, konsulluğun bağlanması mərhələli şəkildə həyata keçiriləcək. Bununla yanaşı, İslamabad-dakı ABŞ səfirliyi və LahorKaraçi şəhərlərindəki baş konsulluqlar fəaliyyətini davam etdirəcək.

Qərarın regiondakı diplomatik fəaliyyətə təsirinin mərhələli şəkildə qiymətləndiriləcəyi bildirilir.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada