Müşavirini bu liseyə direktor təyin etdi - FOTO

Müşavirini bu liseyə direktor təyin etdi - FOTO
06 May 2026 12:47

Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Respublika Olimpiya Liseyinə yeni direktor təyin olunub.

News365.az xəbər verir ki, nazir Fərid Qayıbovun Əmri ilə sözügedən vəzifəyə Hikmət Babayev gətirilib.

Xəbəri liseydən təsdiqləyiblər. 

Qeyd edək ki, Hikmət Babayev bu vəzifəsindən əvvəl gənclər və idman nazirinin müşaviri vəzifəsində çalışıb. O, mərhum Xalq artisti Arif Babayevin qardaşı oğludur.



Sizin reklam burada
Sizin reklam burada