Azərbaycan Respublikasının Prezidenti tərəfindən elektroenergetika sahəsində tanınmış alim və mütəxəssis Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunub.
News365.az yeni rektorun dosyesini təqdim edir.
1963-cü ildə anadan olan yeni rektor Kiyev Politexnik İnstitutunun Elektroenergetika fakültəsini bitirib. Uzun illər “Azərenerji” ASC-də müxtəlif məsul vəzifələrdə çalışıb, daha sonra Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini olub.
Texnika elmləri doktoru, professor olan yeni rektor 8 kitabın və 170-dən çox elmi əsərin müəllifidir. O, həmçinin “Əməkdar mühəndis” və “Əməkdar elm xadimi” fəxri adlarına layiq görülüb.
Qeyd edək ki, o, son illər Azərbaycan Texniki Universitetində prorektor vəzifəsində çalışırdı.