Rəis işdən çıxarıldı - YENİ TƏYİNAT

Rəis işdən çıxarıldı - YENİ TƏYİNAT
10:22

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyindəki Yaşıllaşdırma Təsərrüfatı Birliyində kadr dəyişikliyi olub.

News365.az  xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əmr imzalayıb.

Əmrə əsasən, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Su quyularının İstismarı və Təmiri Xidməti müəssisəsinin rəisi Yaşar Hüseyn oğlu Salahov vəzifəsindən azad edilib.

Digər əmrlə, adıçəkilən müəssisənin rəisi vəzifəsinə Cavanşir Samir oğlu Əhmədov təyinat alıb.


Sizin reklam burada
Sizin reklam burada