Sürücülərin DİQQƏTİNƏ: Bu yol ÇÖKDÜ

Sürücülərin DİQQƏTİNƏ: Bu yol ÇÖKDÜ
05 May 2026 17:55

Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsində avtomobil yolunda çökmə baş verib.

News365.az xəbər verir ki, nəticədə yolun hərəkət hissəsində təxminən 5 metr diametrlik iri oyuq yaranıb.

Çökməyə səbəb kimi kanalizasiya xəttində qəzanın baş verməsi göstərilir.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, hazırda təhlükəsizlik tədbirləri görülür və problemin aradan qaldırılması istiqamətində işlər aparılır.


Sizin reklam burada
Sizin reklam burada