"Karaca Group" cərimələndi

"Karaca Group" cərimələndi
16:30

"Karaca Group" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) Nərimanov rayonunda yerləşən "Karaca" qab-qacaq satışı mağazası barəsində inzibati protokol yazılıb.

News365.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən MMC-yə məxsus mağazada yoxlama aparılıb.

MMC-yə məxsus "Karaca" qab-qacaq satışı mağazasında aparılan yanğın texniki müayinə zamanı məlum olub ki, yanğın təhlükəsizliyi qaydalarının tələbləri pozulub.

MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol yazılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə MMC 350 manat cərimə edilib.


Sizin reklam burada
Sizin reklam burada