Sosial mediada Azərbaycan adı çəkiləndə bizim dövlətə düşmən olanlar yazırlar ki, Azərbaycan adı ancaq 1918-ci ildə yaranıb və ondan qabaq bu ad olmayıb. Bu iddialara qarşı bizim tarixdən xəbəri olmayanlar cavab verə bilmirlər. Azərbaycan adının hələ qədimdə səslənməsi barədə bir neçə dəfə yazmışam. Bu da faktlardan biri.
"1855 və 1856-cı illərdə Şərqi Zaqafqaziya və Azərbaycan boyu həyata keçirilmiş səyahətin botanik nəticələri. I hissə” Bu əsər alman əsilli botanikin magistr dissertasiyası işidir. Estoniya və Latviyada yaşayan alim soy kökə Alman idi. Von onun zadəgan ailəsindən olmasına dəlalət edirdi.
O, Qafqazın təbiətini, etnoqrafiyasını və coğrafiyasını öyrənən ən görkəmli tədqiqatçılardan biri hesab olunur. 1866-cı ildə Dorpat Universitetində disertasiya işi kimi təqdim edilmişdir. Ona görə də onun yazdıqları heç kimin siyasi sifarişi deyil. Öz gözü ilə gördüklərini yazıb.
PDF formada oxumaq üçün link:
Radde, ərazinin əsas və dominant əhalisini o dövrün terminologiyasına uyğun olaraq "Azərbaycan tatarları" adlandırırdı. Onun qeydlərinə görə Azərbaycan türkləri Şamaxıdan tutmuş Bakı, Quba, Gəncə və cənubda Təbrizə qədər olan geniş coğrafiyanın mütləq əksəriyyətini təşkil edirdi. O, bu xalqı sadəcə "yerli sakin" kimi deyil, böyük bir tarixi kökü və geniş coğrafiyası olan Türk dünyasının ayrılmaz hissəsi kimi təsvir edirdi.
Eyni zamanda Xınalıqlıları, Qrızlıları və Buduqlularla yanaşı Talışlar barədə qeydlər etmişdir.
Nikolai von Seidlitz qeyd edirdi ki, Azərbaycan dili (tatar dili) regionun ən vacib dilidir. O vurğulayırdı ki, hətta ana dili başqa olan xalqlar (talışlar, ləzgilər, tatlar, dağ yəhudiləri və s.) bazarda, ticarətdə və fərqli etnik qruplar arasındakı ünsiyyətdə məhz bu dildən istifadə edirlər. Qafqazda və Azərbaycanda rahat hərəkət etmək, yerli əhali ilə birbaşa təmas qurmaq üçün bu dili bilmək zəruridir:
“Siz Dağıstanın yüksək dağ kəndlərindən çıxıb Arazın cənubuna, Təbrizə qədər getsəniz, hər yerdə bu dildə danışan insanlara rast gələcəksiniz. Yerli bəylər və ziyalılar arasında bu dildə danışmaq həm də bir status nişanəsidir. Burda yaşayan digər xalqlar öz ana dillərində evlərində danışırlar, lakin kəndin kənarına çıxan kimi, bazara gedəndə və ya qonaq qəbul edəndə dərhal mükəmməl Azərbaycan türkcəsinə keçirlər.”-deyə müəllif yazır.
Müəllif xüsusilə qeyd edir ki, mədrəsələrdə fars və ərəb dilləri öyrədilsə də, xalqın dili olan türkcə öz canlılığını və müstəqilliyini tam qoruyub saxlayır.
Azərbaycanlılar barədə yazır ki, onlar heç bir qarşılıq gözləmədən qonağı öz süfrəsinə dəvət edirlər. Yerli xalqı hündürboylu, çevik, qarabəniz və kəskin üz cizgilərinə malik insanlar kimi qələmə üçün "Azərbaycanlı" və "Türk" anlayışları sinonim idi.
"Onlar orta və ya hündür boylu, əzələli və dözümlüdürlər. Gözləri qara və parlaq, baxışları isə kəskin və azaddır. Günəş altında qaralmış simaları onların təbiətlə nə qədər iç-içə olduğunu göstərir. Geyimləri onlara xüsusi bir heybət və əzəmət verir. Onların silaha, ata olan münasibəti və çətinliklər qarşısında sarsılmaz duruşu bunun sübutudur. Lakin insan onlarla yaxından tanış olduqda, bu sərt qabığın altında inanılmaz bir səmimiyyət, yumor hissi və dərin bir fəlsəfi baxışın olduğunu görürsünüz."-deyə müəllif heyranlığını gizlədə bilmir.
Nikolai von Seidlitz xüsusi olaraq vurğulayırdı ki, Azərbaycan türk qadını digər Şərq ölkələri ilə müqayisədə daha fəal və bacarıqlıdır.
O, yerli türkləri təsvir edərkən onların "qürurlu duruşunu", "sözünə sadiqliyini" və "təbiətə hakim olma hissini" vurğulayırdı. Nikolai yazırdı ki, bir türk çobanı belə öz dağlarında özünü bir sultan kimi hiss edir və bu, onun əsrlər boyu bu torpaqlarda hakim millət olmasından irəli gəlir.
Nikolai von Seidlitz müşahidə edidi ki, Azərbaycan türkləri İslama dərindən bağlı olsalar da, onların gündəlik həyatında qədim türk adətlərinə inam hələ də çox güclüdür.
Müəllif türk mətbəxinə heyran idi. O, plovun müxtəlif növlərini, kababları və xüsusilə də çay mədəniyyətini geniş təsvir edirdi. Onun qeydlərinə görə, çay sadəcə içki deyil, həm də uzun və müdrik söhbətlərin başlanğıcı idi
Nikolai von Seidlitz son olaraq qeyd edir ki, bu xalq öz adətini, dilini və azadlığını hər şeydən üstün tutur.
Zaur Əliyev, tarixçi