Həkimdən emosional müraciət: “Biz sadəcə peşə sahibi yox, həyat tərziyik”

Həkimdən emosional müraciət: “Biz sadəcə peşə sahibi yox, həyat tərziyik”
12:43

Həkim Ramil Həşimli sosial şəbəkədə paylaşdığı geniş müraciətində həkimlik peşəsinin çətinliklərindən, məsuliyyətindən və cəmiyyət tərəfindən düzgün anlaşılmasının vacibliyindən danışıb.

News365.az xəbər verir ki, həkim  onların əsas vəzifəsi canı ağrıyan insanlara yardım etməkdir və bu fəaliyyət müqabilində maaş alsalar da, gördükləri işin real qarşılığı maddi ölçülərlə ifadə oluna bilmədiyini bildirib.

Onun sözlərinə görə, həkimlər də insanlar kimi müxtəlif xarakterlərə malikdirlər: vicdanlı və fədakar olanlar da var, işinə laqeyd yanaşanlar da. Lakin o vurğulayıb ki, heç bir həkim işinə başlayarkən kiməsə zərər vermək niyyəti daşımır.

Ramil Həşimli qeyd edib ki, həkimlik peşəsi emosional və psixoloji baxımdan ağır yük daşıyır. Bəzən əsəb, həyəcan və gərginlik yaşansa da, bu hallar keçici xarakter daşıyır və həkimlər yenidən xəstələrin yardımına tələsirlər.

O, həmçinin bildirib ki, pandemiya dövrü və digər çətin şəraitlərdə həkimlər ailələrindən uzaq qalaraq fasiləsiz xidmət göstəriblər və bu peşəni yalnız iş deyil, həyat tərzi kimi qəbul edirlər.

Müraciətin sonunda həkim vurğulayıb ki, həkimlərin əsas məqsədi insan həyatını xilas etməkdir və bu missiya onların peşə borcudur.


Sizin reklam burada
Sizin reklam burada