Asif Nəsirlinin dəfn mərasimi - Burada olacaq

Asif Nəsirlinin dəfn mərasimi - Burada olacaq
09:46

Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirli vəfat edib.

News365.az-ın məlumatına görə, mərhum bu gün doğulub boya-başa çatdığı Göyçay rayonunun Qaraxıdırlı kəndində dəfn olunacaq.

Bildirilib ki, dəfn mərasimində rayon rəhbərliyinin, eləcə də Səhiyyə Nazirliyinin yüksək vəzifəli nümayəndələrinin iştirakı gözlənilir.

Qeyd edək ki, dəfn mərasimindən sonra mərhumun xatirəsinə ehsan süfrəsi təşkil olunacaq.

Xatırladaq ki, həkim-radioloq A. Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışıb./// Bakıvaxtı.az


Sizin reklam burada
Sizin reklam burada