""
Tanınmış yazıçı Kəramət Böyükçöl sosial şəbəkədə maraqlı paylaşımı ilə diqqət çəkib. O, illər öncə sosial media statusuna yazılan bir şərhin iki insanın həyatını necə dəyişdirdiyini bölüşüb:
"Təxminən 5-6 il qabaq bir oğlanla qızın mənim statusumun rəyində davası düşmüşdü. Sonra dava messencerə, ordan da votsapa keçib. Axırda evləniblər. İki uşaqları var. Hərdən qabağımı çıxırlar şəhərdə. Bayaq da qarşılaşdıq. Deyirlər, evdə hər dəfə dava düşəndə ikimiz də səni söyürük. Səni mənim qabağıma çıxaranın..."
Bu paylaşım qısa zamanda izləyicilər arasında böyük marağa səbəb olub. Bir çoxları bu hekayəni həm maraqlı, həm də düşündürücü hesab edərək şərhlərdə fikirlərini bölüşüblər.