Kəmaləddin Heydərov vətəndaş qəbulu keçirəcək

Kəmaləddin Heydərov vətəndaş qəbulu keçirəcək
11:25

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xırdalan şəhərində vətəndaş qəbulu keçirəcək.

Bu barədə News365.az-a FHN-dən məlumat verilib.

Qeyd edilib ki, qəbul iyunun 2-də Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında təşkil ediləcək.

Vurğulanıb ki, saat 10:00-dan etibarən Abşeron və Zəngilan rayonları sakinləri qəbul ediləcəklər. Qəbula gələn vətəndaşların qeydiyyatı 1 iyun 2026-cı il tarixində Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq.

Bildirilib ki, qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.


Sizin reklam burada
Sizin reklam burada